Xəzər Xəbər

Sumqayıtda ruhi xəstə dispanserdən qaçdı: Ailəsi onu axtarır - VİDEO

Veb TV | 20:48 • 11 Avqust 2017
Sumqayıtda ruhi xəstə dispanserdən qaçdı:

Sumqayit sakini müalicə aldığı ruhi əsəb dispanserindən qaçıb. Hazırda valideynləri ilə birgə polis əməkdaşları şəxsin axtarışını həyata keçirir .

Sumqayıt sakini, 33 yaşlı Nicat Nəsirov müalicə aldığı Ruhi əsəb Xəstəlikləri Dispanserindən qaçıb.

Hadisə avqustun 2-də baş verib. 9 gündür xəstənin axtarışları davam etdirilir. Dispanserdən qaçan Nicat Nəsirovun anası Mehriban Ağayeva "XəzərXəbər”ə müsahibəsində deyib ki, xəbərini telefonuna gələn sms-lə bilib. Rusiyada yaşadığı üçün dərhal bilet alaraq geri qayıdıb

Söhbət əsnasında məlum oldu ki, Nicat evdə olarkən də tez-tez qaçırmış. Ananın sözlərinə görə oğlu idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə yaranıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər Ruhi əsəb Xəstəlikləri Dispnserindən aldığımız məlumata görə Nicat avqust ayının 2-si, saat 18:30 radələrində xəstəxanadan qaçıb. xəstələr yeməkxanaya apaılarkən. Sözügedən xəstə termosuna çay doldurub geri gələcəyini söyləyib. Arxaya dönən kimi qaçaraq hasarı tullanıb. Nnəzarətçi həkimlər isə ona çata bilməyiblər. həkimlər iddia edirlər ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə yaddaş zəifliyi var və ünvanı , telefon nömrələrini xatırlamaqda çətinlik çəkir. Nəsirov Nicat Ağahüseyn oğlunun axtarışları davam etdirilir. onu görənlərdən polisə müraciət etməsi xahiş olunur.



Xəbər lenti