Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Avtobusların sayı azaldı: Həm sərnişinlər narazıdır, həm də sürücülər - VİDEO

11.08.2017 20:58

Bakıda son günlər bəzi marşrut xətlərində avtobusların sayı azaldılıb. Xüsusi ilə də havaların bu aylarda daha da isti keçməsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin işini daha da çətinləşib. Avtobusların xəttdən çıxarılması isə intervalın artmasına və sərnişin sıxlığına səbəb olur. Yaranan mənzərədən isə sərnişinlərlə yanaşı sürücülər də narazıdır.

Həm sərnişinlər narazıdır, həm də sürücülər. Səbəb isə bir sıra daşıyıcı şirkətlərin marşrut xəttində avtobusların sayını azaltmasıdır.

79 nömrəli marşrut xəttində sürücü işləyən Elşən Əliyev deyir ki, daşıyıcı şirkət bir neçə avtobusu xəttə buraxmır. Bu isə sürücülərin məvacibinə bir başa təsir edir. Digər tərəfdən də mütəmadi olaraq sərnişinlərin etirazı ilə qarşılaşırlar.

Məsələylə bağlı daşıyıcı şirkətdən isə bildirdilər ki, qışa hazırlıq səbəbiylə bir neçə avtobus xətdən çıxarılaraq təmirə dayanıb. Növbə ilə digər avtobuslar da xətdən çıxarılaraq təmir ediləcək.

Nəqliyyat agentliyi də məsələdən xəbərdardı.Qurumdan verilən məlumata görə yay aylarında sərnişin az olduğundan avtobusların sayı azaldılaraq təmir olunması ilə bağlı daşıyıcı şirkətlərin müraciətlərinə müsbət cavab verilir.

İstənilən halda isə yaranan bu mənzərədən ən çox əziyyət çəkən sərnişinlər olur. Onlar qızmar yay günlərində dha uzun müddətdə avtobus gözləməyə məcbur olurlar.



© xezerxeber.az


335 dəfə oxunub

ÇOX OXUNANLAR