Xəzər Xəbər

Market velosiped yolunu şəxsi dayanacağa çevirdi VİDEO

Veb TV | 20:55 • 7 Avqust 2017
Market velosiped yolunu şəxsi dayanacağa çevirdi

Yeni istifadəyə verilən yolda velosiped zolağı zəbt olunub. Bir market tərəfindən zolaqda avtomobillərin parklanma yeri yaradılıb. Nəticədə velosipedçilər yolun hərəkət hissəsindən keçməli olurlar. Yasamal rayonunda isə bir sahibkar piyada səkisində dönərxana açaraq fəaliyyət göstərir. Səkiyə oturacaqlar və soyuducu düzülüb. Hər iki problem "XəzərXəbər”in müdaxiləsindən sonra həll olunub.

Yeni çəkilən velosiped zolağının üzərində avtomobil dayanacağı salıblar.

Nəticədə velosipedçilər yolun hərkət hissəsindən keçmək məcburiyyətində qalıblar. Görüntülər Binəqədi-Novxanı yolundandır.Yolun kənarında yerləşən marketlərdən biri velosiped zolağını zəbt edib.Marketə alış-verişə gələnlər avtomobili düz zolağın üzərində saxlayırlar.Nəticədə də velosipedçilər yolun əsas hissəsinə çıxırlar ki, bu da onlar üçün təhlükəlidir.

Ərazidə çəkiliş apardığımız zaman gördük ki, velosiped zolağının silinərək yerində parklanmanın olduğunu bildirən zolaqlar çəkilib. Bu isə velosipedçilərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı həmin marketə üz tutduq. Marketin müdiri Elnur Abışov deyir ki, piyada zolağını qısa zamanda təmizləyəcəklər. "XəzərXəbər”in müdaxiləsindən sonra velosiped zolağı bərpa olundu.

Bura isə, Yasamal rayonu Şərifzadə küçəsidir. Burada dönərxana fəaliyyət göstərdiyindən obyekt sahibi piyadaların istifadə etdiyi səkiyə oturacaqlar və soyuducu qoyub. Piyadalar isə məcbur olub yoldan istifadə edirlər.

Çəkiliş qurupumuzu görüb obyektin işçiləri əl-ayağa düşdülər. İşçilər səkidə olan oturacaqları yığmağa başladılar. Obyekt sahibi vədd etdiki, problem aradan qaldırılacaq.

Piyada səkisinin zəbt olunmasına görə, inzbati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.


Xəbər lenti