Xəzər Xəbər

Kondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin - ziyana düşə bilərsiz - VİDEO

Veb TV | 20:50 • 10 İyul 2017
Kondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin - ziyana düşə bilərsiz -

Ustalar kondisioneri qış rejimindən yaya keçirərkən bəzi məqamlara diqqət etməyi tövsiyə edirlər.

Xezerxeber.az-ın məlumatına görə,25 ildən çoxdur ki, bu məişət avadanlıqlarının təmiri ilə məşğul olan Elmar Ağabalyev deyir ki, ona son günlər kondisonerlə bağlı edilən müraciətlərin sayı artıb.

Usta deyir ki, bu problemlə qarşılaşmamaq üçün bəzi nüanslara diqqət etmək lazımdır.Cihazı yay rejiminə keçirən zaman əvvəlcə kondisionerin içərisindəki hava filtirləri təmizlənməlidir.

Bununla yanaşı, kondisaneri istifadə edərkən qazının olub-olmamasına da xüsusi fikir vermək lazımdır. Kondisionerin qazının olmaması cihazın az hava verməsindən bilinir. Bu cihazdan düzgün istifadə etmədikdə kondisionerin matoru yanır ki, bunun da düzəldilməsi ölçüsündən asılı olaraq 180-200 manat arasında dəyişir.

Ustalar kondisionerin temperaturunu 24 dərəcədə qoyulmasını tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti