Xəzər Xəbər

Ev tikdirənlər diqqətli olun! VİDEO

Veb TV | 20:58 • 1 İyul 2017
Ev tikdirənlər diqqətli olun!

Fərdi qayda da ev tikdirənlər diqqətli olmalısız. Çünki tikinti zamanı baş verəcək bədbəxt hadisələrdən birbaşa olaraq siz məsuliyyət daşıyırsınız. Tikinti ekspertlərinin sözlərinə görə, ev sahibləri ilə işçilər arasında münasibətlər müəyyən qaydalarla tənzimlənir. Hər bir sifarişçi də həmin qaydalara əməl etməlidir? Söhbət hansı tələblərdən gedir? Xəbərimizdən biləcəksiniz

Nə müqavilələri var, nə də texniki təhlükəsizlikləri təmin edilir.

Son dövrlər həyət evlərinin tikintisinin artması orada çalışan işçilərin texini təhlükəsizlik məsələlərini aktuallaşdırıb. Çəkiliş apardığımızda məlum oldu ki, fərdi ev tikdirən əksər sifarişçi işçilərlə müqavilə bağlamır. Üstəlik işçilərin təhlükəsizliyinin hansı səviyyədə olduğuna da diqqət etmirlər.

Ancaq tikinti ekspertləri bu məsələdə fərdi ev tikdirən şəxsləri diqqətli olmağa səsləyir. Ekspert Şirin Şərifovun sözlərinə görə, bu kimi hallarda hər hansı bədbəxt hadisənin baş verməsindən birbaşa olaraq ev sahibləri məsuliyyət daşıyır.

Ekspertin sözlərinə görə, evin tikintisi zamanı texniki təhlükəsizliyə əməl edilməklə yanaşı, baş verə biləcək hadisədən minimum zərərlə çıxmağın yolları da müəyyən edilməlidir.

Şirin Şərifov deyir ki, ev sahibləri bu kimi risqlərdən maksimum qorunmaq üçün deyilən tələblərə mütləq əməl etməlidirlər. Həmçinin tikintini ixtisaslaşmış tikinti şirkətlərinə həvalə etmək də ev sahiblərinin məsuliyyətini azalda bilər.


Xəbər lenti