Mənzil bazarında – SON VƏZİYYƏT - VİDEO

19.06.2017 20:56

İndi isə mənzil bazarındakı aktivliyin ötən ay üzrə vəziyyətini gətiririk ekranlara. Daşınmaz əmlak üzrə ekspertlər deyirlər ki, mənzillər köhnə və yeni tikili olmasından asılı olaraq, qiymətlər 3,8-5,4 faiz arasında artıb. Ancaq bu artım yaxın iki ayda stabilləşəcək.

May ayında Bakıda mənzil bazarında canlanma müşahidə olunub. Yazın gəlişi alıcı sayına müsbət təsir edib. Bu da həm köhnə, həm də yeni tikililərdə mənzillərin qiymətinin qalxmasına səbəb olub.

Bazarda aktivliyin artmasının əsas səbəbi isə ipoteka kreditlərinin yenidən bərpa olunmasıdır.

Ekspertlər mənzil bazarından fərqli olaraq torpaq bazarında qiymətlərin durğun olduğunu və hələ ki bu aylarda heç bir artımın gözlənilmədiyini də deyirlər. Ticarət obyektlərinin qiymətlərində isə əvvəlki aylara nisbətən ucuzlaşma olub. Bununla belə ekspertlər yay aylarında qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırlar ki, bu da insanların istirahətə getmələri və aktivliyin aşağı düşməsi ilə əlaqədardır. Növbəti aktivlik isə sentyabr ayından etibarən gözlənilir.


© xezerxeber.az


335 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR