Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA - VİDEO

19.06.2017 20:46

Ucarda ikinci sinif şagirdini avtomobil vuraraq öldürüb. Zaqatalada isə 4 nəfərin xəsərəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.

17 yaşlı yeniyetmə idarə etdiyi avtomobillə yolu keçən uşağı vurub öldürdü. Ölümlə nəticələnən dəhşətli qəza Ucar-Zərdab yolunda baş verib.

Ucarın Lək kənd sakini, 17 yaşlı Yusif Allahverdiyev idarə etdiyi avtomobil Qazyan kəndi ərazisində yolu keçən piyada, həmin kəndin sakini, 9 yaşlı Həsən Xəlilovu vurub. İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Zaqatalada isə 4 nəfərin xəsərət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Səhər saatlarında Yevlax -Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Əliabad kəndindən keçən hissəsində - 68 yaşlı Adil Vəliyevin idarə etdiyi minik avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirməyıb.

Avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb. Nəticədə sürücü və avtomobildə olan digər sərnişinlər, rayonun Əliabad qəsəbə sakinləri 36 yaşlı Gülpəri Balayeva, 64 yaşlı Ramazan Balayev və 6 aylıq körpə Əfsər Vəliyev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala mərkəzi xəstəxanasına aparılıblar. Onların müalicə və müayinəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.


© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR