Azərbaycanda bu dövlət idarəsi 1500 işçi axtarır - AÇIQLAMA - VİDEO

19.06.2017 20:41

Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var.

Bunu dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə "dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

Qeyd edib ki, dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.

Onun sözlərinə görə, dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək. Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Bununla bərabər, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidir.

Məleykə Abbaszadə qəbul imtahanlarında köçürənlərin növbəti imtahanda iştirak edib, etməyəcəklərinə də münasibət bildirib.



© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR