Əli Həsənov Ermənistanın cəbhədəki son təxribatlarından danışdı - VİDEO

19.06.2017 20:53

"Cəbhədə baş verənlər Ermənistan hakimiyyətinin növbəti təxribatıdır". Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Prezidentin köməkçisi, həmsədrlərin bölgəyə növbəti səfərindən danışarkən onuda açıqlayıb ki, hər bir görüş ortaq mövqeylərin tapılmasına xidmət edir, əgər bu baş tutmazsa onda müharibə qaçılmaz olacaq və Azərbaycan ordusu torpaqları işğaldan azad edəcək.

"Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər''. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, son günlər cəbhə xəttində baş verənlərə münasibət bildirərkən belə deyib.

O qeyd edib ki, Ermənsitan hakimiyyəti xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışırlar.

Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinədə münasibət bildirib və qeyd edib ki, belə səfərlər və görüşlər nəticə verməsə müharibə qaçılmaz olacaq.

Əli Həsənov ''Qarabağ Araşdırmalar Mərkəzi'' İctimai birliyi tərəfindən jurnalistlər üçün keçirilən ''Ermənsitanın Azərbaycan qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri'' haqqında elmi marifləndirmə və təbliğat kurslarında iştirak edən jurnalistlərə ''Ermənsitan- Azərbaycan ,Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti'' haqqında məlumat verib, jurnlistlərin suallarını cavablandırıb. Sonda kursları bitirənlərə sertifikatlar təqdim edilib.


© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR