Mingəçevir əhalisi qorxu içindədir: ilanlar evlərə daraşıb - VİDEO

19.06.2017 20:53

İlanlar Mingəçevirdə insanların qorxulu kabusuna çevrilib. Sakinlərin sözlərinə görə, onlar sürünənlərdən qorunmaq üçün pəncərə, qapıya yaxın hissələrə müxtəlif alətlər qoyurlar. Valideynlər özlərindən çox, azyaşlılardan narahatdırlar.

Uşağın beşiyində, evin damında, hətta soyducu da belə təhlükəli ilanlara rast gəlmək mümkündür.

20 ildən artıqdır Mingəçevirin "Turbaza" adlanan ərazisində məskunlaşan Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər son günlər sürünənlərin aktivləşməsindən narahatdırlar.

Ötən gün Nicay Quliyevin mənzilində 4 ilan görünüb. Onlardan biri azyaşlının beşiyinə doğru irəlləyən zaman ev sahibi təhlükəli tərəfindən zərərsizləşdirilib.

Həmin ərazidə hazırda 61 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, onlar sürünənlərdən qorunmaq üçün pəncərə, qapıya yaxın hissələrə müxtəlif alətlər qoymaqla qorunmağa çalışırlar. Valideynlər özlərindən çox, azyaşlılardan narahatdırlar.

Sakinlər yaşadıqları məkanın dağlar-dərələrlə əhatə olunduğundan ilan, əqrəbin üstünlük təşkil etdiyini bildirirlər. Vəziyyətlə bağlı ailələr aidiyyatı qurumlara müraciət ediblər.


© xezerxeber.az


373 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR