Xəzər Xəbər

Bu yolda təmir bitmir ki, bitmir - sakinlər çətinlik çəkir - VİDEO

Veb TV | 19:39 • 13 İyun 2017
Bu yolda təmir bitmir ki, bitmir - sakinlər çətinlik çəkir -

Səbail rayonu, Badamdar qəsəbəsində dağ massivi adlanan ərazidə yol qazıldığından avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Valideynlər və məktəblilər isə piyada olaraq çətinliklə hərəkət edirlər.

Xezerxeber.az məlumat verir ki, ərazidə kanalizasiya və su borusu çəkildiyindən Tofiq Məmmədov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu isə həmin ünvanda yaşayan və gündəlik olaraq həmin yoldan istifadə edən insanlar üçün bir sıra çətinliklər yaradır.

Vətəndaşların sözlərinə görə, burada boruların çəkilişində bir neçə aydır başlanılsa da, hələ də işlər bitmək bilmir.

Vətəndaşlara alternativ olaraq qəbiristanlığın içərisindən keçən yoldan hərəkət etmək tövsiyyə edilib. Ancaq həmin yolun hazırkı vəziyyəti isə heç də ürəkaçan deyil.

Məsələ ilə bağlı ''Azərsu '' ASC-dən bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq gücləndirilmiş iş rejiminə keçiləcək. Layihənin avqust ayında tam başa çatacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti