Xəzər Xəbər

Bakıda DƏHŞƏT: 11 ev birdən kül oldu - VİDEO

Veb TV | 20:50 • 28 Aprel 2017
Bakıda DƏHŞƏT:

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Hadisə zamanı iç-içə tikilmiş 10 ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Bu gün səhər saatlarında Bakıda dəhşətli yanğın hadisəsi baş verib. Eyni anda bir neçə ev yanaraq külə dönüb

Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində gecəqondular məhəlləsində qeydə alınıb. Hadisə baş verən an sakinlər yanğınsöndürənlərə xəbər veriblər. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıbar.

Yanğın çətinliklə də olsa, söndürülüb. Hadisə zamanı bir-birinə bitişik tikilən 12 taxta tikilinin 10-u əşyaları ilə birgə yanıb.

Yanğının baş veridiyi ərazi gecəqondu məhəlləsi olduğundan ordakı evlər də qanunsuz tikilib. Birdəfəyə 10 evin yanması da, evlərin bir-birlərinə yaxın tikilməsidir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin ekspertiza qrupu və aidiyyatı qurumların nümayəndələri gəliblər. Hazırda dəyən ziyan dəqiqləşdirilir.


Xəbər lenti