Xəzər Xəbər

Mağazanı talayıb çıxarkən polisə yaxalandı - VİDEO

Veb TV | 20:39 • 26 Aprel 2017
Mağazanı talayıb çıxarkən polisə yaxalandı -

Bakıda mağazanı talayan oğruların öz aralarında davası kameraya düşüb.

Xezerxeber.az bildirir ki, Binəqədi rayonu ərazisində baş verən hadisənin görüntülərində qapısı bağlı olan mağazaya iki nəfər yaxınlaşır. Daha sonra onlardan biri qapını açmağa cəhd edir.

Ancaq onlardan biri buna mane olmaq istəyəndə aralarında dava düşür.

Çox keçmir ki, iki şəxsdən biri ərazidən uzaqlaşır. Əli ilə zorla qapını açan şəxs içəri girəndə sürprizlə qarşılaşır. Mağazada adamın olduğunu görəndə nə edəcəyi bilməyən oğru siqaret almaq üçün qapını açdığını deyir.

Digər yandan mağaza xüsusi qorunduğu üçün Binəqədi rayon mühafizə idarəsinə siqnalzasiya daxil olur.

Oxşar hadisə paytaxtın Sabunçu rayonu Zabrat-1 qəsəbəsində də baş verib. Mağazadan oğurluq edən şəxs kameralara düşüb. Mühafizə polisinin əməkşdaşları kosmetik və ətriyyat mallarını oğurlayıb qaçmaq istəyən şəxsi saxlayıblar

Faktlarla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti