Xəzər Xəbər

Özünü vergi işçisi kimi təqdim edib gözəllik salonundan pul aldı - Bakıda - VİDEO

Veb TV | 20:38 • 20 Aprel 2017
Özünü vergi işçisi kimi təqdim edib gözəllik salonundan pul aldı - Bakıda -

Özünü Vergilər Nazirliyinin işçisi kimi qələmə verən gənc dələduzluq edib.

Xezerxeber.az məlumat verir ki, hadisə bir neçə gün əvvəl Bakıda Nəsimi rayonunda olub. Asif Məhərrəmov küçəsindəki gözəllik salonlarından birinə daxil olan şəxs obyektin sahibi Solmaz İbrahimovaya kassa aparatında yoxlama aparacağını deyib.

Bundan sonra həmin şəxs kassa aparatına yaxınlaşaraq onu yoxlamağa başlayıb. Bütün olanlar isə gözəllik salonun təhlükəsizlik kamerasına düşüb. Kassaya baxan həmin şəxs Solmaz İbrahimovaya aparatın işləmədiyini deyib və onlara təzə kassa almalarını bildirib.

"'Sonra bizə dedi ki, məndə təzə kassa var. 95 manata da var, 200 manata da. 95 manat verin sizə gətrim onu. Mən də pulu verdim və dedi ki, gedim 5 dəqiqəyə gətrirəm''.

Həmin şəxsin geri qayıtmadığını görən zərərçəkmiş qadın ərazi üzrə Nəsimi rayon 19-cu polis bölməsinə müraciət edib. Polis hadisə yerinə gələrək təhlükəisiz kameraları vasitəsi ilə həmin şəxsin kimliyini araşdırmağa başlayıb.

19-cu polis bölməsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, sözügedən dələduzluq əməli ilə bağlı hələki saxlanılan yoxdu. Faktla bağlı həmin şəxsin kimliyini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti