Xəzər Xəbər

Çip sürücüsünün özbaşınalığı: Avtomobili əks yolda idarə edir - VİDEO

Veb TV | 19:55 • 23 Mart 2017
Çip sürücüsünün özbaşınalığı:

Bakıda, daha bir sürücü nəqliyyat vasitəsini əks yola çıxararaq hərəkət edib. Özüdə sürətin çox olduğu magistral yolda. Görüntünü isə kobud qayda pozan sürücü ilə eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri çəkib. İndi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları kadrlar əsasında həmin nəqliyyat vasitəsini və sürücünü axtarır.

Daha bir sürücü avtomobili əks yola çıxaraq hərəkət edir. Görüntü paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb.

Videonu eyni istiqamətdə hərəkətdə olan sürücülərdən bir çəkib. Çip markalı avtomobilin sürücüsü qaydaları kobud pozaraq əks yola çıxıb. Sürücü sürətli olan yolda qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.

Bununla belə sürücünün ağılasığmaz qayda pozuntusu bütün hərəkət iştrakçıları üçün təhlükə yardır. Sürücü avtomobili sürətlə idarə etdiyi üçün onun dövlət nömrə nişanı görünmür. Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov da bildirdi ki, sürücü heç bir sürətli olan yolda bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.

Kadralrdan belə aydın olur ki, sürücü bu şəkildə kilometrlərlə məsafə qət edir. Bunu ətrafda yaşayış yerlərininvə heç bir döngənin olmaması deməyə əsas verir.

Hər halda yol polisi indi görüntülər əsasında həmin nəqliyyat vasitəini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə sürücü, məhkəmənin qərarı ilə avtoıxuliqanlıq hərəkətinə görə, 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı inzibati qaydada da müəyyən müddətdə həbs ediləcək.

Bir müddət əvvəl bənzər qayda pozuntusuna yol verəl iki sürücü 15 və 30 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan məhrum olunmuşdular.


Xəbər lenti