Xəzər Xəbər

Tesla dizayner axtarır Nə az, nə çox, 20 illik təcrübə tələb olunur

Texnologiya | 20:02 • 14 Yanvar 2021
Tesla dizayner axtarır

Elektromobil istehsalında qabaqcıl rol oynayan Tesla çinli müştərilər üçün elektrikli nəqliyyat vasitələri dizayn etməyi düşünür. Bu məqsədlə Şanxay və ya Pekində müəssisə açmağı planlaşdırır. Bundan əlavə, şirkət açacağı studiyaya rəhbərlik etmək üçün təcrübəli dizaynerlər axtarır.


XəzərXəbər ted.az-a istinadən bildirir ki, Teslanın insan resursları şöbəsi artıq 4 aydır, bu istiqamətdə araşdırma aparır. Dizaynerlər üçün əsas şərt isə 20 illik və daha çox təcrübəyə sahib olmalarıdır.


Bəzi mənbələrə görə, dizayn direktoru işə götürüldükdən sonra 20 nəfərlik yeni heyət də gətiriləcək.


Görünən odur ki, Çində böyük bir müəssisə quran və yüz minlərlə elektromobil satan Tesla bu ölkədə fəaliyyətini genişləndirməyə hazırlaşır.

Xəbər lenti