Xəzər Xəbər

"WhatsApp"dan növbəti yenilik

Texnologiya | 09:53 • 20 Noyabr 2020
"WhatsApp"dan növbəti yenilik

"WhatsApp" mesajlaşma tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.


 


Yeni funksiya barədə "Wabetainfo” məlumat yayıb.


 


Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.


 


Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.


 


Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda "WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək.

Xəbər lenti

Çox oxunanlar