Çin Yerin müşahidəsi üçün orbitə bir neçə peyk çıxarıb

27.10.2020 10:34

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üzrə orbitə eyni vaxtda bir neçə peyk çıxarıb.

Xezerxeber.az xəbər verir ki, peykləri orbitə çıxaran "Böyük yürüş-2C" (Long March-2C) raketinin buraxılışı Siçuan vilayətindəki Siçanq buraxılış məntəqəsindən oktyabrın 26-da gecə saat 23:19-da baş tutub. "Yaogan-30" ailəsindən olan peyklər planlaşdırılan orbitə çatıblar. Bu peyklər elektromaqnit mühitinin müəyyən olunması və müvafiq tədqiqatların aparılması üçün istifadə olunacaq.

Çin raket müşahidə peyklərindən başqa, məlumatların ötürülməsi üçün nəzərdə tutulan "Tiançi-6" peykini də orbitə çıxarıb.

Qeyd edək ki, bu, "Long March" seriyasından 350-ci raket buraxılışı olub.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR