Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Facebook”da yenilik

20.10.2020 17:44

"Facebook" bir dildən başqa dilə birbaşa tərcümə etməyə imkan verən yeni maşın tərcümə sisteminin hazırlanmasını elan edib. Məlumata görə, gündəlik yalnız "xronikada" avtomatik tərcümə funksiyasından 20 milyard dəfədən çox istifadə edilir.

Xezerxeber.az xəbər verir ki, bundan əvvəl "Facebook" ingilis dilindən vasitəçi kimi istifadə edirdi, yəni Çin dilində yazılmış cümlə əvvəlcə ingilis dilinə, daha sonra isə rus dilinə tərcümə edilirdi, bu da tərcümənin ümumi dəqiqliyini aşağı salırdı.

Şirkətdən verilən məlumata əsasən, yeni "M2M-100" sistemi 100 dildə birbaşa ikitərəfli tərcümə etməyə imkan verən ilk çoxdilli maşın tərcümə modelidir.

"M2M-100" sisteminin öyrədilməsi üçün 7,5 milyard cümlədən çox böyük məlumat həcmi toplanılıb. Mətnlər həm "Facebook", həm də internetdən götürülüb.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR