Xəzər Xəbər

ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib

Texnologiya | 09:13 • 11 Oktyabr 2020
ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib

"Rusiyanın beşinci nəsil "Su-57” qırıcısı müasir ultra-modern silahlarla təchiz edilib”.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Military Watch” nəşrinin dərc etdiyi məlumatda bildirilib.


Qeyd edilib ki, radarlardan və lazerdən qorunma sistemlərinə sahib olan qırıcıya əlavə olaraq, ən müasir hava-hava raketləri – "K-77” və "R-37M” raketləri quraşdırılıb ki, bu da təyyarənin düşmən hava qüvvələrinin elit bölmələrinə tab gətirə bilməsini şərtləndirir.


Xüsusi idarəetmə sisteminə malik "K-77” raketi 195 kilometr məsafədə və uzun məsafələrdə hərəkətdə olan yüksək manevrli döyüş obyektlərinin hədəfdən yayınmasını çətinləşdirir.


Hipersəsli sürətə hesablanmış "R-37M” raketi isə 400 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.

Xəbər lenti