Xəzər Xəbər

"iOS14"ün buraxılış tarixi bəlli oldu YENİLİKLƏR GƏLİR

Texnologiya | 15:01 • 17 Sentyabr 2020
"iOS14"ün buraxılış tarixi bəlli oldu

Apple rəsmilərinin açıqlamalarına görə, "iOS14" yenilənməsinin yekun versiyası bu gün yayımlanacaq.


Bununla yanaşı, həmçinin "watchOS7" və "macOS" "Big Sur-"un final versiyası da istifadəçilərin ixtiyarına veriləcək.


Yeni əməliyyat sistemi ilə alətlər fərqli dizaynla təqdim olunub. Sözügedən alətlər vasitəsilə interfeys də yenilənib. Artıq bütün tətbiqləri asanlıqla gəzmək mümkündür. Tətbiqlər isə kateqoriyalara görə sıralanıb. "iPhone", "FaceTime" və üçüncü tərəfdən gələn zənglər ekranı tamamilə örtmədən asanlıqla görünə bilir.


Yeni əməliyyat sistemi ilə istifadəçilər görüntülü zənglə danışarkən video izləməyə və "FaceTime" ilə danışmağa davam edə bilirlər. Əməliyyat sistemi yeni smayliklər də təqdim edib.


"iOS 14"-ün daxilindəki tərcümə tətbiqi 11 dilə tərcümə edə bilir. Yeni dizaynda təqdim olunan "Siri" əvvəlki ilə müqayisədə daha intellektualdır./Publika.az

Xəbər lenti