Aİ-də superkompüter istehsalına 8 milyard avro sərmayə yatırılacaq

16.09.2020 18:18

Avropa Komissiyası (AK) "rəqəmsal suverenlik” əldə etmək üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir.

Bu barədə AK rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Aİ-dəki işlərin vəziyyətinə dair illik çıxışı zamanı bildirib.

"Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə qoyacağımızı elan etməkdən məmnunam”, - o deyib.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR