Xəzər Xəbər

“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

Texnologiya | 17:36 • 11 Avqust 2020
“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

"WhatsApp" messencerinin "Android" əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri qeyd ediblər ki, proqramda yalnız mətn mesajları arasında deyil, həm də fayl bərkitmələri üçün axtarış sistemi əlçatan olub. Məsələn, yalnız şəkil, video, istinadlar, gif formatlı təsvirlər, səsli mesajlar və ya sənədlər axtarmaq olar. Bu haqda "WABetainfo" nəşri yazıb.


XəzərXəbər ictnews.az-a istinadən bildirir ki, beləliklə, çoxsaylı yazışmalar arasında lazımi şəkil və ya sənədi tapmaq mümkün olacaq.


"Android"in idarəetməsi altında işləyən smartfonların sahibləri APK fayl vasitəsilə "WhatsApp"ın beta-versiyasını quraşdırmaqla bu funksiyanı sınaqdan keçirə bilərlər.

Xəbər lenti

Çox oxunanlar