Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Instagram”da “TikToka”a bənzər yenilik

07.08.2020 17:47

"Instagram” yeni video xüsusiyyəti olan "Reels”in tətbiqə əlavə olunduğunu elan edib.

"Webrazzi” xəbər verir ki, istifadəçilər səs, effektlər və yeni yaradıcı vasitələrdən istifadə edərək, "Reels” ilə 15 saniyəlik videolar çəkə və redaktə edə bilərlər.

Videolar "Kəşfet” bölməsinin "Reels” hissəsində də göstərilə bilir.

Video çəkərkən "Instagram”ın musiqi kitabxanasından səsi seçə və ya öz səsinizdən istifadə edə bilərsiniz. Orijinal səs ümumi hesaba aid ediləcək və digərləri öz "Reels” videolarında ondan istifadə edə biləcəklər.

"Reels” videolarını hekayə, yaxın dostlar və "direkt”də də paylaşmaq mümkündür.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2020 09:58

Xırdalanda su olmayacaq

ÇOX OXUNANLAR