Xəzər Xəbər

Texnologiya nəhəngi "TikTok"u satın alır

Texnologiya | 10:37 • 7 Avqust 2020
Texnologiya nəhəngi "TikTok"u satın alır

"Microsoft" şirkəti "TikTok" servisinin tam və ya bir hissəsinin alınması üçün növbəti 3 həftə ərzində saziş imzalayacaq.


Sözügedən sazişin dəyərinin 10-30 milyard ABŞ dolları civarında qərarlaşdığı bildirilir.


Beləliklə də, bu addımla ABŞ tərəfindən Çinin "TikTok" servisinə qoyulan qadağa 15 sentyabr tarixində müəyyən qədər aradan qalxacaq.


Texnologiya nəhəngi "Microsoft", "TikTok" servisini əldə etdikdən sonra bir il müddətində platformanın işini təmin edən sistemləri ABŞ ərazisinə keçirmək üçün müvafiq icazələr əldə edəcək.

Xəbər lenti