Xəzər Xəbər

AMOLED çevik ekranlarının tədarükü 51% artacaq

Texnologiya | 17:21 • 4 Avqust 2020
AMOLED çevik ekranlarının tədarükü 51% artacaq

Koronavirus pandemiyası 2020-ci ildə smartfon və displey bazarında komponentlərin tədarük zəncirinin pozulması və istehlak tələbatının azalması ilə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirib.


XəzərXəbər ted.az-a istinadən bildirir ki, Omdia şirkətinin analitikləri 2020-ci ilin sonunda smartfonlar üçün nəzərdə tutulan display tədarükünü 1,4 milyarda qədər çatacağını gözləyirlər, bu da əvvəlki il ilə müqayisədə 10% azdır.


Bununla belə, AMOLED-in çevik ekranlarının seqmenti sürətli artım tempini saxlayacaq - onların tədarükü 158 milyondan 238 milyon ədədə qədər artacaq, bu da 51%-lik müsbət dinamikaya uyğun olacaq.


Eyni zamanda, AMOLED sərt ekranlara tələbat 27% azalacaq.

Xəbər lenti