Xəzər Xəbər

"Google" ofislərin açılışını daha iki ay təxirə salıb

Texnologiya | 15:05 • 1 İyul 2020
"Google" ofislərin açılışını daha iki ay təxirə salıb

"Google" şirkəti ABŞ-ın bir sıra ştatlarında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar ofislərinin açılışını daha iki ay müddətinə təxirə salıb.

Şirkət iyulun 6-da ofislərin işini bərpa etməyi planlaşdırırdı.

Plana əsasən, ofislərə ilk növbədə iş yerində olması zəruri olan əməkdaşlar qayıtmalı idi. İlk dövrlərdə ofislərdə əməkdaşların 10 faizi işləməli idi.

Yeni qərara əsasən, "Google" ofisləri sentyabrın 7-dək bağlı qalacaq.

Xəbər lenti