TikTok şəxsi məlumatları sızdırır - İDDİA

28.06.2020 11:52

TikTok tətbiqinin şəxsi məlumatları sızdırdığı iddiası ortaya atılıb. Hətta hesab olunur ki, tətbiq Çin kəşfiyyatına işləyir.

Türkiyə mətbuatı xəbər verir ki, TikTok tətbiqi qapadıldığı halda Apple istifadəçilərinin parolları, kriptovalyuta əmanətlərinin ünvanları, şəxsi mesajları daxil olmaqla bir çox həssas məlumata giriş edə bilir.

Bənzər şəkildə 53 fərqli tətbiqin də bunu gerçəkləşdirə bildiyini göstərən araşdırmaçılar iOS əməliyyat sistemi təhlükəsizliyinin gözdən keçirilməsinə ehtiyac duyulduğunu bildirirlər.

Tətbiqlər smartfonda kopylanmış məlumatları da oxuya bilirlər. Əgər Apple-a məxsus bütün cihazları istifadə edirsinizsə və bir-birlərinə yaxın qoyulubsa, MacBook-da kopyaladığınız mətn iPhone və ya iPad-ınıza da göndərilir.

Bu funksiya sayəsində sözügedən tətbiqlər fərqli cihazlarda kopyalanan məlumatlara da giriş edə bilirlər.

Aparılan araşdırma ilə bağlı paylaşılan videoda bu məsələnin böyük problemlərə yol açacağından narahatdırlar./TED.az


© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR