Xəzər Xəbər

Dünyanın ən çox satılan smartfonları - SİYAHI

Texnologiya | 13:53 • 28 May 2020
Dünyanın ən çox satılan smartfonları - SİYAHI

Günümüzdə ağıllı smartfonlara maraq və tələbat böyük olduğundan mobil telefon bazarında rəqabət daim artır.

XəzərXəbər dünyanın çox satılan smartfonlarını təqdim edir:

"Samsung Galaxy A51”

"Samsung Galaxy A51” ən çox satılan smartfonlardan biridir. 6,5 düymlük ekran ölçüsünə sahib olan telefonun arxasında 4 kamera, 48 MP + 12 MP + 5 MP + 5 MP yer alıb.

"Xiaomi Redmi Note 8”

"Xiaomi” şirkətinin məşhur telefonu "Redmi Note 8” "Galaxy A51”i yaxından izləyir. 6.3 düymlük ekran ölçüsü olan telefonun 64 GB daxili yaddaşı var. 13 MP ön kameradan istifadə edən telefonun arxasında 48 MP + 8 MP + 2 MP + 2 MP sensorlar mövcuddur.

"Redmi Note 8 Pro”

"Xiaomi”nin digər bir modeli ən çox satılanlar siyahısına daxil ola bilib. 6,53 düymlük ekran ölçüsü, 6GB operativ yaddaş və 64GB daxili yaddaş ilə gələn cihaz "Note 8”in optimallaşdırılmış versiyasıdır.

"iPhone XR”

"Apple”ın ən əlverişli yeni modellərindən biri olan "iPhone XR” keçən ilin ən çox satılan telefonu idi. Bu il də dünyanın ən çox satılan telefonları siyahısında öz mövqeyini qoruyur.

"iPhone 11 Pro Max”

"Apple”ın ən yüksək səviyyəli modeli olan "iPhone 11 Pro Max” "iPhone XR”dən sonra dünyanın ən çox satılan telefonlarından biridir. Üç kamerası ilə diqqət çəkən cihaz ultrageniş sensoru ilə foto çəkilişlərdə xüsusi bacarıq nümayiş etdirir.

"Samsung Galaxy A10s”

"Samsung”un giriş səviyyəli smartfonu olan və əlverişli qiymətinə görə ən çox satılanlar siyahısında yer alan bu modeli istifadəçilərin marağına səbəb olub./publika.az

Xəbər lenti