Xəzər Xəbər

Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirib

Texnologiya | 22:58 • 1 Aprel 2020
Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirib

Ukraynanın Odessa vilayətində 120 kilometr məsafəlik "Olxa-M” raketi uğurla sınaqdan keçirilib.

Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat yerləşdirilib.

Bu raket Ukraynanın müdafiə sənayesi kompleksinin müəssisələri tərəfindən hazırlanıb. Raketin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları üçün güclü silah olacağı gözlənilir. Yaxın vaxtlarda silah Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Xəbər lenti