Azərbaycan milli domenində fişinqə məruz qalmış saytların sayı açıqlanıb

18.02.2020 15:59

Azərbaycanın ".az" domenində olan saytların 0,64%-i fişinq hücumuna məruz qalıb.

"APA-Economis" "Netcraft" analitik şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan saytlarının hər 221-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 34 607 ədəd təşkil edir.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 189, Rusiyada – 279, Belarusda – 511, Latviyada – 250, Litvada - 73, Estoniyada - 496, Qazaxıstanda – 671, Özbəkistanda – 367, Tacikistanda – 55, Türkmənistanda – 226, Qırğızıstanda – 258, Gürcüstanda – 94, Ermənistanda isə 183 sayta bir uğurlu fişinq hücumu düşür.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR