Xəzər Xəbər

“Toyota” şirkəti benzin nasoslarında nasazlıq olan 700 minə yaxın avtomobili geri çağırıb

Texnologiya | 14:35 • 15 Yanvar 2020
“Toyota” şirkəti benzin nasoslarında nasazlıq olan 700 minə yaxın avtomobili geri çağırıb

Avtomobil istehsalçısı olan "Toyota” şirkəti ABŞ-da benzin nasoslarında nasazlıq olan 700 minə yaxın avtomobili geri çağırıb. Ekspertlərin fikrincə, bu nasazlıq maşınların mühərriklərinin sıradan çıxmasına və qəza riskinin artmasına səbəb ola bilər.


AZƏRTAC xəbər verir ki, geri çağırılan modellərə 2018 və 2019-cu illərdə istehsal edilmiş "Lexus LS 500”, "LC 500”, "RC 350”, "RC 300”, "GS 350”, "IS 300”, "ES 350”, "LX 570”, "GX 460” və "RX 350” modelləri aiddir. Şirkət bu sıraya 2018 və 2019-cu illərdə istehsal edilmiş "Toyota 4Runner”, "Camry”, "Highlander”, "Land Cruiser”, "Sequoia”, "Sienna”, "Tacoma” və "Tundra”, həmçinin 2019-cu ildə istehsal edilmiş bəzi modelləri, o cümlədən "Avalon” və "Corolla” modellərini də daxil edib.

Xəbər lenti