Xəzər Xəbər

Feysbuka türk xanım rəhbərlik edəcək İLK

Texnologiya | 15:25 • 14 Yanvar 2020
Feysbuka türk xanım rəhbərlik edəcək

Feysbuk (Facebook.com) sosial şəbəkəsinin rəhbərliyinə ilk dəfə türk xanım gətirilib.

Sosial şəbəkənin uzun illər Türkiyə üzrə rəhbəri olan Dərya Matraş bundan sonra şirkətin Yaxın Şərq, Afrika və Türkiyə region rəhbərinin müavini postunda işləyəcək.

Bu vəzifə ilə yanaşı türk xanım Facebbok, İnstagram, WhatsApp və Messenger kimi müasir ünsiyyət vasitələrinin bölgədəki fəaliyyətinə cavabdeh olacaq. Xanım Matraş eyni zamanda Facebbok-un Türkiyə direktorluğunu davam etdirəcək.

Dərya Matraş eyib ki, inkişaf potensialına sahib Türkiyənin Feysbuk üçün önəmini hər fürsətdə təkrarlayır: "İndi yeni vəzifəmlə birlikdə bu zəngin coğrafiyadak fəaliyyətdən cavabdeh olmaq, insanların həyatlarına müsbət təsir göstərmək, milyonlarla insana dəstək olmaq niyyətindəyik”.

Qeyd edək ki, Dərya Matraş milliyyətcə tütrkdür. Boğazçı Universitetinin elektrik mühəndisliyi fakultəsini bitirib. Olivr Wyman, McKinsey Company kimi beynəlxalq şirkətlərdə çalışıb. Facebbok.com sosial şəbəkəsinə qoşulmazdan öncə Doğan Holdinqdə çalışıb.

Dərya Matraş 2019-cu ildə Türkiyənin ən güclü qadın siyahısında ilk onluqda olub. Fortune Türkiyənin "40 yaşa qədər olan 40 qadın” siyahısında olub./teleqraf

Xəbər lenti