Xəzər Xəbər

Pakistan “Şahin-1” raketinin uğurlu sınağını keçirib

Texnologiya | 14:56 • 18 Noyabr 2019
Pakistan “Şahin-1” raketinin uğurlu sınağını keçirib

Pakistan Silahlı Qüvvələri öz istehsalı olan və 650 kilometr məsafədə hədəfləri vura bilən "yer-yer” tipli "Şahin-1” ballistik raketini uğurla sınaqdan keçirib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, ikipilləli, 12 metr uzunluğu olan raket həm nüvə, həm də bir tonluq adi başlıq hissəsi ilə təchiz edilə bilər. Sınaq ordunun strateji qüvvələr komandanlığının operativ hazırlığını yoxlamaq məqsədilə həyata keçirilib.


Xatırladaq ki, "Şahin-1” raketinin sınaqları Pakistanla münasibətlərinin gərgin olduğu Hindistanın nüvə başlığı daşıya bilən "Aqni-2” ballistik raketinin sınağından bir neçə gün sonra baş tutub.

Xəbər lenti