“Google” gizli layihə həyata keçirəcək - İDDİA

12.11.2019 16:17

"Google” şəxsi məlumatları toplamaq üçün gizli layihə üzərində işləyir.

"Google” ABŞ-ın "Ascension” səhiyyə şirkəti ilə birgə 21 ştatda əhalinin sağlamlığı haqqında məlumat toplamaqla "gizli layihə” həyata keçirməyə başlayıb.

"The Wall Street Journal”in yazdığına görə, "Google” və "Ascension” şirkətləri keçən ildən birgə fəaliyyət göstərərək, layihələri üçün xəstələrin məlumatlarından istifadə ediblər. Lakinbu barədə həkimlərə və xəstələrə xəbər verilməyib.

Bu məlumatlara əsasən, "Google” xəstələrə fərdi müalicə kursu təqdim edə biləcək.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR