“Facebook” istifadəçilərin kimliyini yeni sistemlə tanıyacaq

07.11.2019 13:01

"Facebook” mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda sifətin tanınması sisteminə istinad tapıb.

Vonqun sözlərinə görə, sözügedən sistem "Apple Face ID” ilə oxşardır, lakin "Facebook” sifətin şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. "Facebook”dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq.

"Facebook”un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər./Teleqraf.com

© xezerxeber.az


68 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR