"Samsung"dan modellə bu bağlı ETİRAF: DİQQƏTLİ OLUN! - FOTO

21.10.2019 12:50

"Samsung” texnologiya şirkətinin istehsalı olan "Galaxy S10” modelində ciddi bir problem ortaya çıxıb.

Bu model şəxsi bilgilərin sadəcə telefon sahibinin barmaq izilə açılmasını təmin edən barmaq izli proqramla birlikdə istehsal olunub. Lakin "Samsung” istehsalı olmayan ekran qoruyucusu taxanda və bu qoruyucunu başqa telefona keçirəndə bu proqram hər kəsə açıq şəkildə işləyir.

Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada iddianı qəbul edib: "Problemi həll etmək üçün işlərə başlanıb və bu təhlükəsizlik səhvini aradan qaldırmaq üçün telefonlara yenilənmə gələcək”.

Qeyd edək ki, bu problem ilk dəfə telefonuna internet vasitəsilə aldığı ekran qoruyucusunu taxan birtaniyalı şəxs tərəfindən aşkar edilib. O, öz telefonunun ekran qoruyucusunu həyat yoldaşının telefonuna keçirib və onun cihazının təhlükəsizliyini qırıb. Qadın bundan sonra şirkətə şikayət göndərib.

"Samsung” isə istifadəçilərinə yalnız onların istehsalı olan aksessuarlar almağı tövsyiə edib./publika.az

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR