Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb

21.09.2019 16:48

"Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb. AZƏRTAC "Financial Times” qəzetinin saytına istinadla xəbər verir ki, şirkətin mütəxəssisləri digər sürətli kompüterlərin 10 min ilə aparacaqları hesablamaları cəmi 3 dəqiqə 20 saniyəyə ərzində başa çatdıracaq prosessor hazırlaya biliblər. İnformasiya texnologiyası üzrə ekspertlər bunu fantastik göstərici hesab edirlər.

Şirkətin elmi hesabatı çox qısa bir müddətdən sonra ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytında da yerləşdirilib, lakin sonradan oradan götürülüb. "Financial Times” qəzetinin əməkdaşları sənədi əldə edə biliblər və məlum olub ki, hazırda Amerikanın IBM şirkətinin ən müasir "Sammit” kompüterinin 10 ilə hesablayacağı məlumatlar yeni kvant kompüterinin prosessoru sayəsində cəmi 3 dəqiqə 20 saniyəyə başa çatdırılacaq. Ekspertlər bildiriblər ki, klassik alqoritmlərlə müqayisədə bu fantastik sürət hesablama tapşırıqlarında kvant texnologiyasının üstünlüyünü göstərir. Bu, bütövlükdə kvant prosessoru tərəfindən həyata keçirilən ilk hesablamadır.

Qəzetin məqaləsində qeyd olunur ki, hələlik bu sistemi eyni zamanda təkcə bir texniki hesablamaya tətbiq etmək olar, kvant kompüterlərinin praktiki məsələləri həll etməsi üçün isə illər lazımdır. Lakin "Google” mütəxəssisləri hesab edirlər ki, onların ixtirası "tammiqyaslı kvant hesablama prosesində mühüm bir addımdır”. Onlar əlavə ediblər ki. Kvant kompüterlərinin gücünün artırılması Qordon Murun qanunda göstərilmiş tərəqqi göstəricilərini də üstələyəcək. Bu qanuna görə, çipdə olan tranzistorların sayı, eni zamanda hesablamaların həcmi hər iki ildən bir artmalıdır.

"Financial Times” qeyd edir ki, kvant kompüterlərinin prototipləri hazırda yalnız mövcud olan digər ənənəvi kompüterlərin sxemi üzrə, lakin onlardan daha tez hesablama apara bilirlər. Əsl sensasiya isə onların klassik fizikanın hüdudlarından kənara çıxması ilə baş verəcək.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR