“Google”un fəaliyyətində problem yaranıb

17.09.2019 08:56

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə "Google” axtarış sistemində problemlər müşahidə olunub.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən "Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.

"Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.

"Downdetector”a görə, "Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR