Xəzər Xəbər

Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib

Texnologiya | 14:55 • 19 İyul 2019
Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib
Çinin "Tyanqun-2” kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edib. AZƏRTAC Jenmin Jibao qəzetinin saytına istinadla xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramı yayıb.
Məlumatda deyilir ki, kosmik aparat atmosferin qalın qatlarında yanacaq və onun ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.
Çəkisi 8,6 ton olan "Tyanqun-2” kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. "Tyanqun-2” kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.
Çinin bundan əvvəl kosmosa göndərdiyi 8 tonluq "Tyanqun-1” kosmik laboratoriyası isə ötən ilin yazında öz missiyasını başa çatdırıb və atmosferin qalın qatlarında yandıqdan sonra onun parçaları həmin il aprelin 2-də Yerə düşüb.

Xəbər lenti