Xəzər Xəbər

“Huawei” smartfonları “Android”lə işləməyə davam edəcək

Texnologiya | 09:30 • 19 İyul 2019
“Huawei” smartfonları “Android”lə işləməyə davam edəcək

"Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb.


"RİA Novosti” xəbər verir ki, bunu "Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib.


Onun sözlərinə görə, şirkət mobil telefonlarda "Android” sistemindən istifadə etməkdə davam edəcək, "Hongmeng” isə sənayə sahəsində istifadə olunacaq.


Qeyd edək ki, ABŞ-ın "Huawei”ə qarşı tətbiq etdiyi sanksiyalardan sonra şirkət özünün əməliyyat sisteminin hazırlandığını bildirmişdi.

Xəbər lenti