Xəzər Xəbər

“Huawei” ABŞ-dan olan əməkdaşlarını ixtisar edəcək

Texnologiya | 09:02 • 15 İyul 2019
“Huawei” ABŞ-dan olan əməkdaşlarını ixtisar edəcək

Çinin telekommunikasiya nəhəngi "Huawei” ABŞ-da törəmə şirkətinin əməkdaşlarının böyük əksəriyyətini işdən azad etməyi planlaşdırır.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, işdən çıxarılma əsasən "Huawei”in ABŞ-dakı "Futurewei” tədqiqat laboratoriyasında çalışan əməkdaşlardan gedir.


Qeyd olunur ki, laboratoriyada çalışan işçilərin ümumi sayı 850 nəfərdir. Şirkətin Texas, Kaliforniya və Vaşinqton ştatlarında idarələri var.

Xəbər lenti