Xəzər Xəbər

"Gmail"ın işində nasazlıq yarandı

Texnologiya | 12:30 • 18 İyun 2019
"Gmail"ın işində nasazlıq yarandı

Bir sıra ölkələrdə "Gmail" elektron poçt xidmətinin işində problemlər müşahidə olunur.

XəzərXəbər xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Almaniya və Avstriyada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 42 faizi ismarıcların alınması ilə bağlı problemlərlə, 40 faizi hesaba daxil olmada müşahidə edilən problemlərlə, 16 faizi isə saytın işində problemlərlə üzləşiblər.

Xəbər lenti