Xəzər Xəbər

Yaponiyada “ördək-robot” düyü əkininə yardım edir

Texnologiya | 16:25 • 14 İyun 2019
Yaponiyada “ördək-robot” düyü əkininə yardım edir

Yaponiyanin şimal-şərqində Yamaqata prefekturasındakı düyü tarlalarında alaq otlarını məhv etmək məqsədilə "ördək-robot”dan istifadə olunur.


AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, "Nissan” avtomobil şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan robot iki vinti vasitəsilə su dolu torpağı qarışdıraraq alaq otlarının fotosintez prosesinə mane olur.


Təqribən 60 santimetr ölçüdə, kvadratşəkilli "ördək-robot” 1,5 kiloqram ağırlığındadır. Bu robot Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edərək düyü tarlasında hərəkət edir. Robotun yaradılmasında məqsəd düyü istehsalı zamanı pestisidlərdən istifadənin qarşısını almaqdır.

Xəbər lenti