Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Huawei” öz əməliyyat sistemini yaradacaq

24.05.2019 15:50

"Huawei” noutbuk və smartfonlarında "Windows”və"Android” əməliyyat sistemlərini öz əməliyyat sistemi ilə əvəzləyə bilər.

Bu barədə CNBC yazır.

Şirkət bildirib ki, yalnız ABŞ hökuməti onun məhsullarında "Google” və "Microsoft” sistemlərindən istifadəyə qadağa qoyacağı təqdirdə, belə bir addımatacaq."Huawei” rəsmiləri gələcəkdə də "Google” və "Microsoft”la əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayır.

Telekanalın məlumatına görə, Çin bazarı üçün nəzərdə tutulmuş əməliyyat sistemi artıq bu il hazır olacaq, beynəlxalq bazarlara isə 2020-ci ilin əvvəli və ya ortalarında çıxarıla bilər.

Qeyd edək ki, Çinlə ABŞ arasında ticarət müharibəsinin gərginləşməsi fonunda, mayın 16-da ABŞ Ticarət Nazirliyi Çinin "Huawei” şirkətini qara siyahıya salıb və onun ABŞ hökumətinin icazəsi olmadan Birləşmiş Ştatlara aid avadanlıq və proqram təminatı almasına qadağa qoyub. Vaşinqton şirkəti Çinin xeyrinə casusluqda ittiham edir./oxu.az

© xezerxeber.az

FOTOQALERIYA






102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR