ABŞ-ın "Huawei"ə münasibətindən "Apple" ziyan görə bilər

23.05.2019 09:14

ABŞ-ın Çin telekommunikasiya istehsalçısı "Huawei" şirkətinə qarşı sərt münasibəti "Apple” şirkətinə də mənfi təsir edə bilər.

Bu barədə ""Bloomberg" agentliyi yazıb.

Agentliyin məlumatına görə, Çin də Amerika istehsalçısına qarşı eyni münasibəti göstərə və sanksiya tətbiq edə bilər. Belə olan halda, bütün istehsal qüvvəsini Çində cəmləşdirən "Apple” gəlirinin böyük hissəsini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Çin hökuməti tərəfindən "Apple” məhsullarına qarşı qadağa onun, həmçinin Çin bazarını itirəcəyini də istisna etmir.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR