Xəzər Xəbər

HUAWEI telefonları işlədənləri nə gözləyir?

Texnologiya | 15:12 • 22 May 2019
HUAWEI telefonları işlədənləri nə gözləyir?

ABŞ-ın Huawei telefonlarına qarşı məlum sanksiyasından sonra təbii ki, bu telefonlardan istifadə edənlər üçün də problemlər qaçılmaz olacaq.

Güman ki ABŞ şirkətləri , xüsusilə Google Huawei üçün gərəkli olan servisləri bağlayacaqlar. Update olmayacaq.

Bunun üçün 1 il vaxt da müəyyən olunub. Hazırda bu istiqamətdə hiss olunur ki Çin və ABŞ arasında çox kəskin mübarizə gedir. Güman ki Çin də hansısa üsullarla təsir etməyə çalışır.

Əlbəttə mümkündür ki FB məsələsində olduğu kimi burada da müəyyən yumşalmalar olsun. İstənilən halda HUAWEI istifadə edən vətəndaşlar baş verənlərin fərqində olmaldır və alternativlər üzərində düşünməsi faydalı ola bilərdi.

Yeri gəlmişkən , Azərbaycanda qeyri-dövlət sektorunda, o cümlədən vətəndaşlar arasında informasiya təhlükəsizliyinə cavabdeh qurum NRYTN yanında Elektron Təhlükəszilik Xidmətidir. Məhz bu qurum hazırda vətəndaşlar üçün ağlabatan bir tövsiyələr verməlidir.

Bu dövlət qurumu isə sanki yuxudadır.

Osman Gunduz, Ekspert

Xəbər lenti