Xəzər Xəbər

Özü öyrənən robot hazırlandı - İNQİLABİ İXTİRA

Texnologiya | 11:29 • 22 May 2019
Özü öyrənən robot hazırlandı -

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrənən robot hazırlayıblar.


Özü öyrənən robotun əsasını ultrasəs texnologiyası əsasında işləyən məsafə datçikləri və toxunuş datçiklərindən ibarət həssas bamperlər təşkil edir.

Sözügedən datçiklər robota sağ və sol tərəflərdən olan maneələri hiss etməyə imkan verir, sensor neyronların aktivliyi isə bu datçiklərin aktivliyindən birbaşa asılıdır.

Təlim prosesi insanın öyrənməsinə oxşayır – irəlidə maneə olması barədə datçiklərdən informasiya alan robot onu keçmək üsullarını axtarıb tapmağa çalışır. İlk uğurlu cəhddən sonra robot bu alqoritmi düzgün kimi qeydə alır və ondan növbəti toqquşmaların qarşısının alınması üçün istifadə edir. (ictnews)

Xəbər lenti