"Apple" yenilənmiş "MacBook Pro" noutbukunu təqdim edib

22.05.2019 09:06

"Apple" şirkəti ilk dəfə olaraq səkkiznüvəli prosessor ilə təchiz olan "MacBook Pro" noutbuk modelini təqdim edib.

Bu barədə şirkət öz rəsmi saytında bildirib.

Məlumata əsasən, yenilənmiş "MacBook Pro" səkkizinci və doqquzuncu nəsil Intel prosessorları ilə təchiz olunacaq ki, bu da onu keçmiş modellərdən daha sürətli edəcək. Əvvəlki kimi, noutbuk, iki ölçüdə təqdim olunacaq - 13 və 15 düym və iki rəng variyasiyasında - "gümüş" və "boz kosmos".

"MacBook Pro"nun böyük versiyası altı və səkkiz nüvəli prosessorlar ilə olacaq. 13 düymlük versiya yenilənmiş dördüncü prosessor ilə təchiz olunacaq.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR