Xəzər Xəbər

Line proqramına yeni xüsusiyyət əlavə olundu

Texnologiya | 16:47 • 21 May 2019
Line proqramına yeni xüsusiyyət əlavə olundu

Mesajlaşma proqramlarından biri olan "Line”yə 24 saat ərzində aktiv olacaq hekayə xüsusiyyəti əlavə olunur.

Yaxın günlərdə istifadəçilər sözü gedən yeniləmə ilə öz hekayələrini mövcud proqramda paylaşa biləcəklər. Yaponiyada və Asiyada ən populyar mesajlaşma proqramı olan "Line” yeniliklər tətbiq edərək istifadəçilərin diqqətini üzərindən çəkməməyə çalışır.

Mesajlaşma Uygulaması Line’a da Hikayeler Özelliği Geliyor ile ilgili görsel sonucu

İlk olaraq "Snapchat”ın tətbiq etdiyi amma sonra digər platformaların özəlləşdirdiyi bu funksiyadan istifadə etməyən proqram qalmadı desək yanılmarıq. Məlum olduğu kimi "WhatsApp”, "Facebook”, "Messenger” da daxil olmaqla demək olar ki, bütün mesajlaşma proqramları bu xüsusiyyətlə istifadəçiləri sevindirməkdə davam edir.

İstifadəçilərin paylaşacağı bu hekayələrin 24 saatdan sonra avtomatik silinəcəyi bildirilib. 2019-cu ildə aylıq 164 milyon istifadəçisi olan "Line” bu yeniliklə auditoriyasını artırmağı və bununla daha böyük gəlir əldə etməyi hədəfləyir. (Milli.az)

Xəbər lenti